3 məhbusun həbs müddəti uzadıldı
24 may 2011 18:18 (UTC +04:00)

3 məhbusun həbs müddəti uzadıldı

Mayın 24-də Səbail Rayon Məhkəməsində Bakı Şəhər Prokurorluğunun təqdimatı əsasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP üzvü Məhəmməd Məcidlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barəsində məhkəmə prosesi keçirilib.

Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, məhkəmə prokurorluğun vəsatətini təmin edib və adı çəkilən şəxslərin şəxslərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 2 ay uzadıb.

Qeyd edək ki, Arif Hacılı və digər şəxslər 2 aprel aksiyası ilə bağlı qaldırılmış cinayət işi üzrə həbs olunublar. A.Hacılı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə, Tural Abbaslı və Məhəmməd Məcidli isə 233-cü maddə ilə ittiham olunur.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar