ŞKTC-də 28 may – Respublika Günü qeyd ediləcək
24 may 2011 18:05 (UTC +04:00)

ŞKTC-də 28 may – Respublika Günü qeyd ediləcək

Mayın 27-də Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının dövlət bayramı - 28 may Respublika Günü münasibətilə Azərbaycan Gecəsi təşkil edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycandan Gənclik Təşəbbüsləri İctimai Birliyi və ŞKTC-dən Kipr Türk Mücahidlər Dərnəyinin dəstəyi və Yaxın Şərq Universitetinin sponsorluğu ilə keçiriləcək tədbir ŞKTC-in dövlət kanalı olan BRT TV və Azərbaycanın İctimai Televiziyası ilə canlı yayımlanacaq.

Tədbirdə Azərbaycan musiqiçilərinin də iştirakı planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713

Oxşar yazılar