“The Guardian”da Azərbaycanla bağlı məqalə dərc olunub
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, Azərbaycanın palçıq vulkanlarından və gözəl ucqar kəndlərindən yazan Quld bölgələrə səfərə çıxmazdan əvvəl Bakının İçərişəhərində olub. O yazır ki, Azərbaycanda hər addımda misilsiz, möhtəşəm qonaqpərvərliklə qarşılaşıb.
K. Quld daha sonra Lənkəran, Astara və Şəkidə gördüyü rəngarəng bitki aləmi, fauna və dadlı yeməklərdən bəhs edir. Bu bölgələri gəzdikdən sonra səyyah Qəbələyə gedib və burada İngiltərə yığmasının və “Arsenal”ın keçmiş oyunçusu, indi isə “Qəbələ” futbol komandasına məşqçilik edən Toni Adamsla görüşüb.
Kiş kəndində Qafqaz Alban kilsəsinə və Qubada 3500 dağ yəhudisinin yaşadığı “Krasnaya sloboda”ya səfər edən Quld ölkədə təbii dini tolerantlığın şahidi olduğunu yazır. Quld Gəncədə toyda da iştirak edib, Qubada xalça emalatxanasına baxıb.
Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə görə məyus olub, hər kəsin BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsindən danışdığının şahidi olub. O səfərinin yekunu olaraq belə bir nəticəyə gəlib: “Əgər siz post-industrial dağıntılar, füsunkar təbiət, ekzotik papaqlar, dünya tarixi, xeyirxahlıq və qəribəlik görmək istəyirsinizsə, Azərbaycana gedin”.
Qeyd edək ki, K. Quld Azərbaycana AAC-ın dəvəti ilə səfər edib.

Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29