SAM iki universitetlə birgə təhlükəsizlik problemləri seminarı keçirir - FOTO
24 may 2011 15:10 (UTC +04:00)

SAM iki universitetlə birgə təhlükəsizlik problemləri seminarı keçirir - FOTO

Minilliyin Layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin təşəbbüsü, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Xəzər Universitetinin dəstəyi ilə Bakıda “Təhlükəsizlik problemləri gələcəyin araşdırılması prizmasında” mövzusunda 4 günlük seminar öz işinə başlayıb.

Lent.az-ın məlumatına görə, seminarın qabaqcıl metodologiya ilə keçirilməsi üçün təşkilatçılar tərəfindən “Forsayt Kanada” (Foresight Canada) təşkilatının icraçı direktoru, Minilliyin Layihəsinin Kanada bölməsinin rəhbəri, təhlükəsizlik, konfliktologiya və mübahisələrin həlli üzrə tanınmış kanadalı ekspert, professor Deyvid Harris Bakıya dəvət olunub.

Seminarlar professor Harris tərəfindən mayın 24-25-də Azərbaycan Dövlət İqtisad Universitetində və 26-27-də Xəzər Universitetində keçiriləcək.

Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək seminar müvafiq dövlət orqanlarının işçiləri, təhlükəsizlik və konfliktologiya məsələlərini araşdıran mütəxəssislər üçün nəzərdə tutulub. Xəzər Universitetində keçiriləcək seminarda isə beynəlxalq münasibətlər, ictimai-siyasi və humanitar elmlərini öyrənən tələbələr iştirak edəcək.

Seminarlar ingilis dilində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar