Fuad Ələsgərov: “Elektron xidmətlər şəffaflığın təmin edilməsində ən effektiv vasitələrdən birinə çevriləcək” - MÜSAHİBƏ
Azərbaycan prezidenti İlham Əliyev mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərman imzalayıb.
Bu fərman nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov görüləcək işlərlə bağlı müsahibə verib. APA müsahibəni təqdim edir.
- Azərbaycanda dövlət idarəçiliyinin həyata keçirilməsində informasiya kommunikasiya texnologiyalarından istifadə ilə bağlı hansı işlər görülüb. Prezident tərəfindən imzalanan fərmanın başlıca məqsədi nədən ibarətdir?
- Öncə qeyd etmək istərdim ki, hazırda informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə dövlətlə cəmiyyət arasında qarşılıqlı əlaqələrin operativliyinin yüksəldilməsinə, asanlaşdırılmasına və sərbəstləşdirilməsinə nail olmaq məqsədi ilə beynəlxalq təcrübədə “elektron xidmət” anlayışından geniş istifadə olunur. Elektron xidmətlər eyni zamanda korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsinin effektiv vasitələrindən biri kimi qiymətləndirilir. Azərbaycan prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dayanıqlı inkişaf konsepsiyası bütün sahələrdə müasir texnologiyaların nailiyyətlərindən geniş istifadəni və mütərəqqi beynəlxalq təcrübənin tətbiqini şərtləndirir.
Məhz bu səbəbdən, ölkəmizdə digər sahələr kimi dövlət idarəçiliyində də informasiya-kommunikasiya texnologiyalarından uğurla istifadə edilir. Belə ki, modern və çevik idarəetmənin təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında təşkil edilməsi məqsədi ilə son illər mühüm tədbirlər görülüb. Təsadüfi deyil ki, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan müasir informasiya texnologiyalarından istifadə, eləcə də dövlət orqanlarının fəaliyyətində həmin texnologiyalarının tətbiqi sahəsində MDB və bir sıra Avropa dövlətləri arasında qabaqcıl yerlərdən birini tutur.
Bu istiqamətdə işlərin səmərəli, keyfiyyətlə və qısa müddət ərzində görülməsi məqsədi ilə müvafiq hüquqi baza formalaşdırılıb. Hazırda bir sıra dövlət orqanlarında əhaliyə internet informasiya ehtiyatları vasitəsilə elektron xidmət göstərilir.
Elektron xidmətlər dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasında, şəffaflığın təmin edilməsində, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin son fərmanı ilə dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi işinin təkmilləşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bir sıra əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.
Bu fərmanı ilk növbədə antikorrupsiya və şəffaflığın təmin edilməsi tədbirləri kontekstində qiymətləndirmək lazımdır. Belə ki, fərmanda nəzərdə tutulmuş tədbirlər korrupsiyaya qarşı mübarizə sahəsində sistemli islahatların tərkib hissəsidir. Nəzərə alsaq ki, elektron xidmət dövlət orqanı əməkdaşları ilə vətəndaş arasında birbaşa təması minimuma endirir və korrupsiyaya şərait yaradan halları aradan qaldırır, elektron xidmətin geniş miqyasda həyata keçirilməsi korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli tədbirlərdən birinə çevriləcək.
- Fərmanda elektron xidmətlərin həyata keçirilməsi istiqamətində hansı tədbirlər nəzərdə tutulur?
- Fərmana əsasən, üç ay müddətində hər bir dövlət orqanının internet səhifəsində xüsusi elektron xidmət bölməsi fəaliyyət göstərəcək. Həmin bölmədə göstərilən xidmətin adı, bu xidmətin göstərilməsi üçün tələb edilən sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə, blank və digər sənədlərin elektron forması yerləşdiriləcək.
İstənilən elektron xidmətdən yararlanmaq istəyən şəxs müvafiq qurumun internet səhifəsində həmin bölməyə daxil olaraq, müəyyən edilmiş formada doldurduğu ərizənin və tələb edilən sənədlərin skan edilmiş surətlərini elektron formada göndərəcək. Bu zaman göndərdiyi sənədlərin dövlət orqanı tərəfindən qəbul edilməsi barədə təsdiqetmə bildirişini dərhal alacaq. Dövlət orqanları xidmətin göstərilməsi üçün yalnız o halda sənədlərin əslini tələb edə bilər ki, həmin sənəd barədə özlərində və digər dövlət orqanlarında olan elektron informasiya ehtiyatlarından, məlumat bazalarından informasiya ala bilməsinlər.
Bildiyimiz kimi, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi, “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri”, vahid miqrasiya məlumat sistemi, vergi uçotuna alınmış fiziki şəxslər barəsində axtarış bazası, Azərbaycan Respublikasının ünvan reyestri və digər fəaliyyətdə olan, daim yenilənən məlumat bazaları mövcuddur. Hər bir dövlət orqanının bu məlumat bazalarına birbaşa çıxışı olacaq. Xidmət göstərən orqan müvafiq sənəd barədə həmin məlumat bazalarına sorğu göndərərək informasiya əldə edə biləcək. Bəzi hallarda xidmətin göstərilməsi üçün tələb edilən sənəd barədə vahid elektron məlumat bazalarında informasiya olmaya bilər, bu zaman həmin sənədin əsli müraciət edən şəxslərdən tələb edilə bilər.
Digər bir məsələ. Əksər xidmətlərin göstərilməsi üçün qanunla müəyyən rüsum və digər ödənişlərin ödənilməsi nəzərdə tutulur ki, bu ödənişlərin də elektron qaydada ödənilməsini təmin etmək üçün dövlət orqanları müvafiq tədbirlər görəcək. Bilirsiniz ki, bütün xidmətlər üzrə rüsumların məbləği barədə “Rüsum.az” saytı fəaliyyət göstərir. Bundan əlavə hər bir dövlət orqanının rəsmi internet səhifəsində göstərdiyi xidmətlərə görə tutulmalı olan rüsum və digər ödənişlərin məbləği barədə informasiya yerləşdiriləcək.
- Vətəndaşlar elektron xidmətdən istifadə etdiyi hallarda onların müraciətlərinə hansı müddətdə baxılacaqdır?
- Hər bir xidmət növü üzrə müraciətlərə baxılması müddətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə dəqiq müəyyən edilib. Həmin müddətlər xidmətlərin göstərilməsi üçün elektron qaydada müraciət edildiyi hallara da şamil edilir. Eyni zamanda qeyd edim ki, elektron xidmətlərdən Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də istifadə edə biləcəklər.
- Elektron xidmətlərin həyata keçirilməsində elektron imza tələb ediləcəkmi və ümumiyyətlə elektron imza ilə bağlı hansı tədbirlər nəzərdə tutulur?
- Elektron imza elektron xidmətin həyata keçirilməsində vacib elementdir. Qanunvericilikdə elektron imzanın tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə işlər artıq yekunlaşmaq üzrədir. Bu fərmanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə elektron imzanın kütləvi tətbiqi üçün tapşırıqlar nəzərdə tutulub. Lakin elektron imzanın geniş tətbiqi həyata keçirilənədək dövlət orqanları tərəfindən göstəriləcək elektron xidmətlər zamanı sənədlərin elektron imza ilə göndərilməsi tələb edilməyəcək. Sadəcə olaraq bir daha təkrar etmək istəyirəm ki, ərizə və tələb edilən digər sənədlər müraciət edən şəxslər tərəfindən skan edilərək xidmət göstərən dövlət orqanının internet səhifəsindəki elektron xidmət bölməsinə elektron formada göndərilməsi xidmətin həyata keçirilməsi üçün kifayət edəcək. Həmçinin sənədə əsasən, bütün elektron xidmətlərin “bir pəncərə” prinsipi ilə həyata keçirilməsi üçün vahid elektron portal yaradılması nəzərdə tutulur. Həmin portal vasitəsi ilə vətəndaş istədiyi qurumun elektron xidmət bölməsinə daxil olaraq xidmətdən yararlana biləcək.
- Konkret hansı sahələrdə xidmətlərin elektron qaydada göstərilməsi nəzərdə tutulur?
- Qeyd etdiyim kimi, bir sıra dövlət orqanları artıq rəsmi internet səhifəsi vasitəsilə elektron xidmətlər göstərirlər. Buna misal olaraq, Dövlət Gömrük Komitəsinin, Vergilər nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və digər orqanların internet səhifələrini misal göstərmək olar.
Bu siyahının daha da genişləndirilməsi, sahibkarlıq və biznes, iqtisadi və ticarət, sosial müdafiə və əhalinin məşğulluğu, təhsil, elm və səhiyyə, hüquq mühafizə, miqrasiya, mədəniyyət və turizm, gənclər və idman, nəqliyyat, rabitə sahələrində və digər sahələr üzrə dövlət orqanları tərəfindən göstərilən bütün xidmət növlərini əhatə etməsi üçün fərmanda Nazirlər Kabinetinə tapşırıq verilib ki, iki ay müddətində dövlət orqanları tərəfindən göstəriləcək elektron xidmət növlərini müəyyən etsin. Misal olaraq bir neçə belə xidmət növlərinin elektron qaydada göstərilməsi mümkündür. Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Reyestr Xidmətindən əmlakın yüklü olub-olmamasına dair arayışın verilməsi - ona “Forma-№1” də deyirlər - bu arayışı almaq üçün şəxsiyyət vəsiqəsinin surəti, daşınmaz əmlakın mülkiyyət hüququna dair reyestrdən çıxarış və s. sənədlər tələb olunur. Bu sənədlər və müraciət edən şəxsin ərizəsi skan edilməklə Reyestr Xidmətinin internet səhifəsindəki elektron xidmət bölməsinə göndərilir, qurumun əməkdaşları tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra həmin şəxsə tələb etdiyi arayışı təqdim edir. Eyni ilə digər xidmət növlərində - xarici ölkələr tərəfindən verilmiş ali təhsil haqqında diplomların tanınması, pensiya təminatlarına dair, şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinə, torpaq sahəsinin plan, ölçüsünün verilməsinə və notariat fəaliyyəti, lisenziyaların verilməsi və digər sahələrə dair xidmətlərin elektron qaydada göstərilməsi mümkün olacaq.
Onu da bildirim ki, elektron xidmətlərin keyfiyyətlə göstərilməsi xidmət göstərən dövlət orqanının əməkdaşlarının, dövlət qulluqçularının informasiya texnologiyaları sahəsində biliklərinin artırılmasını zəruri edir. Bu məqsədlə fərmanla dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kurslarının təşkil edilməsi də nəzərdə tutulur.

991