Əfv Komissiyasının üzvü: “Müraciətlər araşdırılır”
23 may 2011 16:35 (UTC +04:00)

Əfv Komissiyasının üzvü: “Müraciətlər araşdırılır”

“Prezident yanında Əfv Komissiyası daxil olan müraciətləri araşdırır. Komissiyanın əsasnaməsinə uyğun olaraq, müraciətlərin baxılmasına davam edirik. Çalışırıq ki, iş tez yekunlaşsın və bayram ərəfəsində cənab prezident məhkumları, onların ailələrini sevindirsin”.


Bunu Lent.az-a komissiyanın üzvü, deputat Məlahət İbrahimqızı deyib. O bildirib ki, 15 ildən çoxdur, fəaliyyət göstərən Əfv Komissiyası bu günə qədər minlərlə məhkumu sevindirib: “Prezident xalqımızın önəmli günlərində, bayramlarda əfv sərəncamı imzalayır, məhkumları və ailələrinə ikiqat sevinc yaşadır. Ola bilsin ki, bu bayram da belə bir hadisə baş versin. Bu, möhtərəm prezidentin səlahiyyətində olan məsələdir”.


Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə isə Lent.az-a bildirib ki, adları əfv siyahısında olan bir sıra şəxslər cəzalarının çox hissəsini çəkib və hazırda səhhətləri ilə bağlı problemləri var: Yeni bir əfv sərəncamının imzalanması həm də Azərbaycanın beynəlxalq aləm qarşısında tənqidlərə məruz qalmasını aradan qaldırar”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1527

Oxşar yazılar