İctimai Palata yenidən razılaşdırılmamış mitinqlərə başlayır
Bunu Lent.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini, İctimai Palatanın üzvü Tofiq Yaqublu deyib. O bildirib ki, meriya Müsavat başqanı İsa Qəmbərin məktubunu da cavabsız qoyaraq, növbəti qanun pozuntusuna imza atıb: “Məktubu göndərdiyimiz müddətdən bir ay keçməsinə baxmayaraq, ona cavab verilmədi. Buna görə də, biz yenidən əvvəlki qərarımıza qayıdırıq. İP-in sessiyasında yəqin ki, mitinq qərarı çıxarılacaq və müvafiq müraciət edəcək”.
T. Yaqublu deyir ki, 17 aprel aksiyasından sonra belə qərar gəlmişdilər ki, vəziyyəti daha da gərginləşdirməsinlər və növbəti mitinqi BŞİH-lə razılaşdırsınlar. “Biz ümid edirdik ki, ATƏT-in cəhdi də bu məsələyə müsbət təsir edəcək və hakimiyyət bizə mitinq üçün münasib yer ayıracaq. Lakin heç bir nəticə olmadı”.
Qeyd edək ki, İP-in son sessiyasında razılaşdırılmamış mitinqlərin keçirilməsi müvəqqəti təxirə salınmış və uyğun yer üçün BŞİH-ə müraciət olunmuşdu. BŞİH isə İP-in mitinqlə bağlı müraciətinə müsbət cavab verməyib.
Anar

476