Azərbaycanlılar Türkiyədə İran səfirliyini yumurta atəşinə tutublar
23 may 2011 10:28 (UTC +04:00)

Azərbaycanlılar Türkiyədə İran səfirliyini yumurta atəşinə tutublar

Türkiyədə yaşayan azərbaycanlılar İranda saxlanılan 8 Azərbaycan türkünün sərbəst buraxılması üçün Ankarada İran səfirliyi qarşısında aksiya keçiriblər. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 50 nəfər aksiya iştirakçısı əllərində saxlanılan Azərbaycan vətəndaşlarının şəkilləri və şüarlarla Kuğulu parkda toplaşaraq İran səfirliyinə yürüş edib.


Aksiya iştirakçıları səfirlik önündə açıqlama yayıblar. Açıqlamada bildirilir ki, 2006-cı ildən başlayaraq Cənubi Azərbaycan türklərinə qarşı təzyiqlər artır, İran hakimiyyəti Azərbaycan türklərini müxtəlif bəhanələrlə həbs edir: “Aprelin 2-də Təbriz və Urmiya şəhərlərində Urmiya gölünün qurumasına etirazını bildirən Azərbaycan türklərinin dinc yürüşünün qarşısı təhlükəsizlik qüvvələri tərəfindən sərt bir formada alınıb, onlarla Azərbaycan türkü saxlanılıb, hələ də talelərindən xəbər yoxdur”.


Aksiya iştirakçıları İranda Azərbaycan türklərinə qarşı assimilyasiya siyasətinə son qoyulmasını, onlara öz dillərində təhsil almalarına şərait yaradılmasını, həbsdə olan Azərbaycan türklərinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Mətbuat üçün açıqlama verildikdən sonra aksiya iştirakçıları İran səfirliyinə yumurtalar atıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar