Hulusi Kılıç: “Torpaqlar geri qayıtmadan sərhədləri açmaq fikrimiz yoxdur”
20 may 2011 18:55 (UTC +04:00)

Hulusi Kılıç: “Torpaqlar geri qayıtmadan sərhədləri açmaq fikrimiz yoxdur”

Lent.az-ın məlumatına görə, Azərbaycanda oxuyan türkiyəli gənclər və jurnalistlərin, həmçinin səfirlik nümayəndələrinin iştirak etdiyi tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç çıxış edib.

Səfir günün önəminə toxunaraq Atatürk və yoldaşlarının Türkiyə Cümhuriyyətinin qurulmasındakı xidmətlərindən, Atatürkün türk gəncliyinə verdiyi dəyərdən, qurduğu cümhuriyyəti onlara tapşırmasından bəhs edib. O, bir həftə boyunca qutlamaların davam edəcəyini bildirib.

H.Kılıç həmçinin Azərbaycan – Türkiyə münasibətlərinin dostluq və qardaşlıq səviyyəsində olduğunu vurğulayıb və Dağlıq Qarabağ problemindən bəhs edib. O, bir daha bəyan edib ki, Qarabağ problemi həll olunmadan, Azərbaycan öz torpaqlarına qovuşmadan Türkiyə - Ermənistan sərhədləri heç bir zaman açıla bilməz: “Biz o sərhədləri Dağlıq Qarabağın işğalından sonra bağlamışıq. O torpaqlar geri qayıtmadan sərhədləri açmaq fikrimiz yoxdur”.

Səfir Atatürkün qurduğu Türkiyə Cümhuriyyətində onun heykəllərinə qarşı sayğısızlıq edən bir qrup gənclərin olduğunu da qeyd edib. H.Kılıç belələrini yetkinlik səviyyəsinə çatmamış, ağlı, dərrakəsi zəif, təhsilsiz və savadsız gənclər olaraq gördüyünü söyləyib.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743

Oxşar yazılar