Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri 2 aprel məhbusları ilə görüşdü
20 may 2011 17:30 (UTC +04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri 2 aprel məhbusları ilə görüşdü

2 aprel aksiyası zamanı həbs edilmiş Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədliyə qaldırılmış cinayət işi çərçivəsində əlavə dindirilmə keçirilib.

Bu barədə Lent.az-a vəkil Yalçın İmanov məlumat verib. O bildirib ki, bu gün Bakı İstintaq Təcridxanasında həm Əhəd Məmmədli, həm də Elnur İsrafilovla görüşüb: “Hər ikisinin səhhəti ilə maraqlandım. Elnur İsrafilovun səhhəti əvvəlki kimi problemli olaraq qalır”.

Vəkil onu da bildirib ki, Bakı İstintaq Təcridxanasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Ə.Məmmədli və Elnur İsrafilovla görüşüb, onların vəziyyəti ilə maraqlanıb.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar