
Azərbaycan, Ermənistan və Rusiya prezidentləri gələn ay görüşəcək
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie, İqor Popov və Robert Bradtke iyunun əvvəllərində regiona səfər edəcəklər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Onun sözlərinə görə, səfərdən sonra Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşü keçiriləcək: “Bundan sonra isə çox güman ki, iyunda üç ölkənin prezidentlərinin görüşü olacaq. Nazirlərin görüşü çox güman ki, Moskvada keçiriləcək, prezidentlərin görüşünə gəldikdə isə bir neçə variant var və biz bu variantlar üzərində işi davam etdiririk”.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29