“Qəbələ RLS cənuba doğru 6 min km kosmik məkanı nəzarətdə saxlayır”
20 may 2011 15:01 (UTC +04:00)

“Qəbələ RLS cənuba doğru 6 min km kosmik məkanı nəzarətdə saxlayır”

0
Azərbaycanda yerləşən və Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsi olan Qəbələ radiolokasiya stansiyası Avropa Raket Hücumundan Müdafiə Sisteminə inteqrasiyanın bir həlqəsi ola bilər.
APA-nın məlumatına görə, bunu Rusiya Silahlı Qüvvələri Kosmik Qoşunlarının qərargah rəisinin müavini, polkovnik İqor Morozov deyib. O bildirib ki, Avropa RHM-ə inteqrasiya üçün ən uyğun obyekt Qəbələ RLS-dir. Bu obyekt cənub istiqamətində 6 min kilometr kosmik məkanı nəzarətdə saxlayır.


Xatırladaq ki, Avropa Raket Hücumundan Müdafiə Sisteminin yaradılması barədə Rusiya və NATO arasında razılaşma ötən ilin noyabrında Lissabonda keçirilən NATO-Rusiya Şurasında əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 497

Oxşar yazılar