İran Xəzərə “hücuma” keçib
20 may 2011 09:37 (UTC +04:00)

İran Xəzərə “hücuma” keçib

Bu iddialar su hövzəsinin bölünməsindən tutmuş, onun sərvətlərinin mənimsənilməsinədək bütün sahələri əhatə etməkdədir.

Lent.az-ın İran KİV-nə istinadən məlumatına görə, İranın “Xəzər” neft şirkətinin baş direktoru Əli Üsuli Tehrandakı “Şərif” Sənaye Universitetində birinci qaz-hidratları konfransında çıxışı zamanı bildirib ki, Xəzərdə irili-xırdalı 46 karbohidrat yatağı kəşf olunub. Onlardan 8-i perspektivli yataqlardır.

Ə.Üsuli qeyd edib ki, Xəzər və Oman körfəzinin İran ərazisində qaz hidratları yığılıb və onların hasil etmək problemdir. Onun sözlərinə görə, Xəzərdə dünya üzvi karbohidrat ehtiyatının 50 faizi toplanıb. “Bu ərazidə, karbohidratların toplandığı yerdə dənizin dərinliyi 1025 metrdir. Orta dərinlik isə 300 metrə yaxındır. Bunun üçün xüsusi gəmiləri və yarı yüklənmiş buruq platformalarının tikintisinə ehtiyac var” - deyə, baş direktor söyləyib.

Azərbaycanın “Alov” neft yatağında 4 milyard barrel neftin mövcud olması güman edilir. Tehran bu yatağı “Əlborz” adlandıraraq, onu özününkü hesab edir.

İranın uyğun qurumu 2009-cu ilin payızında Xəzərdə geoloji-kəşfiyyat işlərinə başlayacağını bəyan etmişdi. Ötən il isə İslam Respublikası Xəzərin ona aid hissəsində geoloji-kəşfiyyat işlərinə başladı. Xəzərin bu hissəsində qazılacaq üç quyu vasitəsi ilə Tehran bu su hövzəsinin özünə aid hissəsində neft ehtiyatını müəyyən etmək istəyir.

Xatırladaq ki, Tehran kəşfiyyat-qazma işini dənizin 1,5 min metr dərinliyində aparıb. Onda yerli KİV-in məlumatında qeyd edilirdi ki, İran bununla Xəzərdəki Azərbaycan, Türkmənistan, Rusiya və Qazaxıstanın iddia etdiyi təbii sərvətlərdən öz payını almağa cəhd göstərir.

İranın “Şimal” qazma şirkətinin icraçı direktoru Hidayətulla Xadimi bildirmişdi ki, ilk quyunun dərinliyi 550 metrdir və geoloji-kəşfiyyat işləri “Əmir Kəbir” adına platformada aparılır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar