İctimai Palata mayın 27-nə sessiya təyin etdi
Bu barədə Lent.az-a İP KŞ-nin üzvü Vidadi Mirkamal məlumat verib. O bildirib ki, toplantıda mayın 27-də İctimai Palatanın növbəti sessiyasını çağırmaq barədə qərar qəbul edilib. Daha sonra isə sessiyanın gündəliyi ətrafında müzakirə aparılıb. V.Mirkamal onu da bildirib ki, toplantıda İP KŞ-yə müraciət edən “Vətəndaş forumu”nun təklifi dəyərləndirilib. 8 partiyanın birgə yığıncağının keçirilməsini təklif edən foruma belə cavab verilməsi qərarlaşdırılıb ki, partiyaların kimlərlə görüş keçirməsi öz daxili işləri olduğu üçün İP KŞ bu məsələyə qarışmasın: “Bununla belə, İctimai Palataya hansı partiya üzv olmaq istəyirsə, buna heç bir maneə yoxdur, fərdi qaydada gəlib üzv ola bilərlər”.
İctimai Palatanın növbəti mitinqinin vaxtı ilə bağlı müzakirə aparılmadığını, bu barədə heç bir dəqiqləşdirmə olmadığını qeyd edən V.Mirkamal mitinqlə bağlı qərarı İP-in sessiyasının müzakirəsinə çıxaracaqlarını bəyan edib.
Toplantıda, həmçinin, həbsdə olan şəxslərlə bağlı bəyanat qəbul olunub, mayın 28-də Azərbaycan Demokratik Respublikasının qurulmasının 93 illiyi ilə bağlı Novxanı qəsəbəsində Məmməd Əmin Rəsulzadənin abidəsi önündə tədbir keçirmək qərarlaşdırılıb.
Anar GƏRAYLI

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29