Cons Hopkins Universitetində “Azərbaycan Günü” keçirilib - FOTO
Lent.az-ın məlumatına görə, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfələrini verən tələbələr bu silsilədən olan növbəti tədbiri mayın 13-də Vaşinqtonda yerləşən ABŞ-ın nüfuzlu Cons Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbində keçirib. Tədbirdə Universitetin tələbə və müəllim heyəti ilə yanaşı region üzrə araşdırma mərkəzlərinin mütəxəssisləri, diplomatlar, Dövlət Departamentinin nümayəndələri iştirak edib.
“Azərbaycan Günü”-nün təşkilatçısı, Universitetin Beynəlxalq Araşdırmalar Məktəbinin azərbaycanlı tələbəsi Leyla Məmmədli toplantı iştirakçılarını salamlayaraq bildirib ki, “Azərbaycan Günü” Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə, 28 may – Respublika gününə və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilib.
Sonra ARDNŞ təqaüdçüsü L.Məmmədli universitetin tələbə və müəllim heyətinə Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, dünya arenasında yeri və rolu barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə müasir Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi vurğulanmış, iştirakçılara Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması haqqında da ətraflı məlumat verilib. Tədbirdə ABŞ-ın Qarabağ Fondunun icraçı direktoru Diana Altman da çıxış edib. O bildirib ki, Azərbaycan nadir tarixə və zəngin mədəniyyətə malik ölkələrdən biridir və bu, amerikalılara da çatdırılmalıdır.
Sonra Amerikada fəaliyyət göstərən “İpək Yolu” rəqs qrupunun üzvləri Azərbaycan milli rəqslərini ifa edib. Qrupun rəhbəri Lorel Viktorya Qrey deyib ki, 16 il bundan əvvəl yaranmış rəqs qrupunun repertuarında Azərbaycan rəqsləri əsas yerlərdən birini tutur. Toplantı Azərbaycan incəsənətinin pərəstişkarı və təbliğatçısı, Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbokun ifasında instrumental muğam parçalarından ibarət konsertlə davam etdirilib. Daha sonra Cons Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbinin dekanı Bonni Uilson çıxış edərək, ali təhsil ocağında oxuyan azərbaycanlı tələbələrin milli mədəniyyətlərini yüksək səviyyədə təmsil etdiklərindən məmnunluğunu ifadə edib. Tədbirin sonunda çay süfrəsi açılıb, iştirakçılar Azərbaycanın milli şirniyyatlarına qonaq edilib. Üzərində Azərbaycanın və SOCAR-ın rəmzləri olan xatirə hədiyyələrinin paylanması da tələbə və qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
“Azərbaycan Günü” Universitet auditoriyasının böyük marağına səbəb olub.

797