Elmar Məmmədyarov Antonio Quttereşi qəbul edib
XİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq və regional səviyyələrdə fəaliyyəti müzakirə edilib. A.Quterreş Azərbaycan Hökuməti tərəfindən qaçqınlarımızın durumunun yaxşılaşdırılması üçün mühüm işlərin görüldüyünü qeyd edib. Ali Komissar Azərbaycanın inkişafından və müasir bir ölkəyə çevrilməsindən xeyli təəssüratlandığını vurğulayıb.
Nazir E.Məmmədyarov Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi barədə qonağa məlumat verib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının sülh prosesinə müsbət təsir göstərəcəyini bildirib. Nazir münaqişənin həllindən sonra regionun inkişafı üçün iqtisadi perspektivlərin mövcud olduğunu qeyd edib. Öz növbəsində Ali Komissar münaqişə ilə bağlı hazırkı vəziyyətin qəbuledilməz olduğunu söyləyib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29