Azərbaycan Prezidenti “Eurovision 2012” ilə bağlı sərəncam imzaladı
19 may 2011 17:14 (UTC +04:00)

Azərbaycan Prezidenti “Eurovision 2012” ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında Sərəncam verib.


Lent.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə builki televiziya müsabiqəsi Azərbaycan Respublikası təmsilçilərinin parlaq qələbəsi ilə başa çatıb. Müsabiqənin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır.


Sərəncama əsasən, "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:


Təşkilat Komitəsinin sədri

Mehriban Əliyeva -YUNESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti


Təşkilat Komitəsinin üzvləri

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının
xarici işlər naziri

Ramil Usubov -Azərbaycan Respublikasının daxili
işlər naziri

Şahin Mustafayev -Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri

Əbülfəs Qarayev -Azərbaycan Respublikasının
mədəniyyət və turizm naziri

Əli Abbasov -Azərbaycan Respublikasının rabitə
və informasiya texnologiyaları naziri
Azad Rəhimov -Azərbaycan Respublikasının
gənclər və idman naziri
Hacıbala Abutalıbov -Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Cahangir Əsgərov -"Azərbaycan Hava Yolları" Qapalı
Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev -"Azərenerji" Açıq Səhmdar
Cəmiyyətinin prezidenti
Baba Rzayev -"Bakıelektrikşəbəkə" Açıq Səhmdar
Cəmiyyətinin sədri
İsmayıl Ömərov -Azərbaycan Respublikasının İctimai
Televiziya və Radio Yayımları Şirkətinin
baş direktoru
Əli Əsədov -Azərbaycan Respublikası Prezidentinin
İqtisadi məsələlər üzrə köməkçisi
Fatma Abdullazadə -Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Humanitar
siyasət məsələləri şöbəsinin müdiri

Sərəncamda qeyd olunub ki, Təşkilat Komitəsi "Eurovision-2012" mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

Sərəncamda bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029

Oxşar yazılar