“CSC Telecom” saytında Qarabağla bağlı səhvi düzəldib
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın Estoniyadakı səfirliyindən bildirilib ki, 14 may 2011-ci ildə bir sıra KİV-də Estoniyada fəaliyyət göstərən “CSC Telecom” şirkətinin internet səhifəsində “tariflər EEK” bölməsində Dağlıq Qarabağın Ermənistanın ərazisi kimi qeyd olunması haqqında dərc olunmuş məlumatla bağlı səfirlik şirkətin direktoru Vlad Sobolevlə əlaqə saxlayıb.
Səfirlik tərəfindən şirkətin nümayəndəsinə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu və buna görə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərildiyi bildirilib və şirkətin internet səhifəsində yol verilmiş nöqsanın dərhal aradan qaldırılması xahiş edilib.
Şirkət direktoru V.Sobolev texniki səhvə yol verildiyinə görə üzr istəyərək, səhvin dərhal aradan qaldırılması üçün tədbir görəcəyini vəd edib. Səfirliyimizin müdaxiləsi nəticəsində “CSC Telecom” şirkəti öz internet səhifəsindəki tariflər haqqında məlumata dərhal düzəliş edilib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29