“Türkiyə Cənubi Qafqazda mühüm oyunçuya çevrilir”
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu fikirləri mayın 18-də Ceymstaun Fondunda “Şimali Qafqazın yeni geosiyasəti: yeni və köhnə oyunçular” mövzusunda keçirilən konfransda tanınmış ekspertlər bildiriblər.
Ceymstaun Fondunun prezidenti Qlen Hovard (Glen Howard) qeyd edib ki, bölgədə və dünyada Şimali Qafqazın əhəmiyyəti artır və Vaşinqton bura daha çox diqqət yetirməlidir. Onun sözlərinə görə, burada təhlükəsizliklə bağlı problemlər nəinki qalır, hətta artmaqdadır.
Ekspertlər bildiriblər ki, regionda gərginliklərin artması ilə Türkiyə bu məkanda mühüm oyunçuya çevrilir. Ankara Universitetinin professoru Mithat Çelikpala bildirib ki, Türkiyədə böyük çərkəz diasporu var və Şimali Qafqaz xalqları ona güclü dəstək verir.
Çelikpala bildirib ki, separatçı Abxaziyanın prezidenti Sergey Baqapş Türkiyəyə səfər edib, baxmayaraq ki Türkiyə hökuməti bu səfərin mədəniyyətlə bağlı səfər olduğunu bildirmişdi.
Ekspertin sözlərinə görə, Türkiyə diqqətini təkcə Qafqazda lider olmağa deyil, həm də
bütün Avrasiyada liderlərdən biri olmağa yönəldib.
Çelikpala Türkiyənin Rusiya ilə viza rejiminin ləğvi istiqamətində atdığı addımı və Qafqazda ikitərəfli ticarəti aktivləşdirməsini xatırladıb.
Çelikpala qeyd edib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycana məxsus olması faktını dəstəkləyir, o iki ölkə arasındakı əlaqələrin möhkəm və çox sıx olduğunu əlavə edib.
Professorun sözlərinə görə, Türkiyə Qafqazda sabitlik, sülh və inkişafa nail olunmasında maraqlıdır, ölkənin mövqeləri Rusiya-Gürcüstan müharibəsindən sonra daha da güclənib. Onun fikrincə, Türkiyə həm bu strateji regionda mövqeyini gücləndirmək, həm də onun dinc inkişafı və artan iqtisadiyyatından faydalanmaq istəyir.

Oxşar yazılar

İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16