QAT Laçının işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib
Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Laçının işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib.
QAT mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəhidlərin ruhlarına dualar oxunub, məzarlarının üzərinə gül dəstələri qoyulub.
Anım mərasimindən sonra “Müharibəyə hazırıq!” devizi altında gənclər arasında tir atıcılığı üzrə yarışlar keçirilib. Yarışlarda müxtəlif gənclər təşkilatlarının komandaları iştirak edib. Komanda birinciliyində Laçın Gənclər Şurası 164 xalla 1-ci, Qarabağ Azadlıq Təşkilatı Gənclər Şurası 163 xalla 2–ci, ADP-çi gənclər isə 133 xalla 3-cü olublar
Şəxsi hesabda isə QAT-çı İlkin Muxtarlı, ADP-çi Orxan Hüseynov və Laçın komandasının üzvü Ülvi Quliyev hər biri 50 xaldan 42 xal toplamaqla qalib gəlib. Bu yarışların davam etdirilməsi nəzərdə tutulur.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29