Müstəqilliyimizin 20-ci ili Moskvada qeyd olundu
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml Sarayında keçirilən mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva iştirak edib.
Azərbaycanın və Rusiyanın birinci xanımları nümayiş etdirilən eksponatlara baxıblar.
Dövlət Kreml Sarayında “Azərbaycan gecəsi” çərçivəsində Heydər Əliyev Fondunun layihələrindən olan “Azərbaycan” nəşrinin rus dilindəki versiyasının da təqdimatı olub.
Daha sonra Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan “Azərbaycan gecəsi” adlı təntənəli mərasim başlayıb. Tədbirdə çıxış edən Mehriban Əliyeva Azərbaycan gecəsində iştirak etdiyinə görə Rusiya prezidentinin xanımı Svetlana Medvedevaya minnətdarlığını bildirib. O qeyd edib ki, “Eurovision” müsabiqəsində Azərbaycana ilk 12 balı verən Rusiyaya təşəkkürünü bildirib.
Mehriban Əliyeva Azərbaycanın müsəlman Şərqində ilk parlament respublikası olduğunu, burada ilk opera və baletin yarandığını bildirib. Sovet dövründə neft sahəsinin inkişafı, faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycanın rolu barədə danışan Mehriban Əliyeva Azərbaycan-Rusiya əlaqələrinə də toxunub.
“Mədəni müxtəliflik qədim mədəniyyət və tarixə malik Azərbaycan xalqı üçün ənənəvidir”, - deyən Mehriban Əliyeva müstəqil dövlət kimi ölkəmizin 20 il mövcud olduğunu və bu qısa vaxtda böyük uğurların qazanıldığını vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən Azərbaycanın birinci xanımı ölkənin bu məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına və ərazi bütövlüyünün bərpa ediləcəyinə ümid etdiyini bildirib:
Daha sonra tədbirdə ölkəmizin incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsertdən sonra Azərbaycanın və Rusiyanın birinci xanımları arasında görüş keçirilib.

607