İsgəndər Həmidov: “Hələ özüm də anlamıram ki, partiyada nə baş verir...”
Bu sözləri Lent.az-a açıqlamasında keçmiş daxili işlər naziri, Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasının qurucusu İsgəndər Həmidov deyib. O, son dönəmlərdə partiya daxilində baş verən hadisələrə münasibət bildirib.
İki aydır qardaşının xəstəliyindən dolayı, mətbuatı o qədər də ardıcıl şəkildə izləmədiyini deyən İ.Həmidov bu səbəbdən də AMDP-də son baş verənlərdən ətraflı məlumatının olmadığını söyləyib: “Bilirsiz ki, orda hazırda iki cəbhə var; biri partiyanın sədri, biri də Məclis. Bu gün mən sədrə qarşı olan tərəflərdən Nurəddin Abbasoğlu və Qələndər bəylə görüşəcəm. Onlardan ətraflı məlumat aldıqdan sonra daha geniş münasibət bildirə bilərəm”.
Xatırladaq ki, Azərbaycan Milli Demokrat Partiyasının Məclisi sədr Tufan Kərimin səlahiyyətlərini əlindən alaraq, qurultaya qədər partiyanın rəhbərsiz qalmasına səbəb olub. Məclis Tufan Kərimin partiyanın nizamnaməsindən kənara çıxdığı və onun nüfuzuna zərər gətirən çıxışlar etdiyini iddia edir.
Anar

978