Mirzə Sakit: “Partiya daxilində girova çevrilirik” - AÇIQLAMA
18 may 2011 12:00 (UTC +04:00)

Mirzə Sakit: “Partiya daxilində girova çevrilirik” - AÇIQLAMA

“Mən azad bir insanam, ancaq gördüm ki, AXCP daxilində də bir avtoritarizm var. Bu adamlar nəzərə almadılar ki, mən sıravi cəbhəçi olmaqla yanaşı, həm də tənqidçi yazaram. Bir dəfə AXCP sədri Əli Kərimlini tənqid elədim. Partiya üzvlərinə açıq şəkildə tapşırıq verdilər ki, Mirzə Sakitdən uzaqlaşın”.

Bu sözləri Lent.az-a açıqlamasında satirik yazar Mirzə Sakit bildirib. O, üzvü olduğu AXCP sıralarını tərk etməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən, belə deyib. Şair deyib ki, kiçik bir tənqid edən kimi, partiyadan müxtəlif təzyiqlər hiss etməyə başlayırmış: “Ancaq bütün bunlara baxmayaraq, mən öz fəaliyyətimi davam etdirəcəm”.

Onun sözlərinə görə, partiyada bəzi insanların ona qarşı ögey münasibət sərgiləməyə başlaması istefa qərarı verməyə məcbur edib: “Bu məni iyrəndirdi ki, biz özümüz azadlıq, demokratiya uğrunda mübarizə aparırıq. Amma partiya daxilində girova çevrilirik. Həm də “Azadlıq” qəzetindən uzaqlaşdırılmağım mənə çox böyük təsir etdi”.

Mirzə Sakit deyib ki, yeganə qonorar aldığı yer olan qəzetdən uzaqlaşması onun ailəvi vəziyyətinə də ciddi təsir edib: ““Azadlıq” qəzeti nə qədər müstəqil olsa da, mənim qəzetdən uzaqlaşdırılmağımda qıraqdan ciddi təsir olmuşdu”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar