Müxalifətçilər arasında “Yessentuki davası” başladı
Bu gün Milli Məclisin iclasında millət vəkili Qüdrət Həsənquliyev Bakıda keçirilən 2 aprel mitinqi ilə bağlı həbs olunanların azadlığa buraxılması üçün çağırış edib: “Həmin gəncləri mitinqə çağıran İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Yessentukidə dincəlirlər. Amma həbsdə olan gənclərin valideynlərinin övladlarının yanına getmək imkanları yoxdur. İnanmıram ki, bundan sonra kimsə İctimai Palatanın çağırışı ilə küçəyə çıxsın”.
Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Pənah Hüseyn, Rauf Arifoğlu və İkram İsrafil hazırda Yessentuki kurort şəhərindədirlər.
Qüdrət Həsənquliyevin ittihamlarına cavab özünü çox gözlətməyib. “Yeni Müsavat” qəzetinin baş redaktoru qəzetə açıqlamasında Yessentukiyə istirahətə yox, müalicəyə getdiklərini bildirib.
O, Q. Həsənquliyevə bəd bir mesaj da yollayıb: “Həsəd aparanın, yaxud bu halımızdan bizə qarşı istifadə edənin başına gəlsin”.
Baş redaktor deyib ki, hazırda onların olduğu yerdə xeyli iqtidar təmsilçisi, məmurlar və Qüdrət Həsənquluyevin dostları olan deputatlar da var: “Hər gün ən azı 3 dəfə onlarla bir-birimizi görürük, bəziləri ilə ayaqüstü danışırıq da. Hər kəs də bir - birindən müalicəsinin necə getməsini soruşur”.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07