Arif Hacılının mesajının şifrəsi açıldı
“İctimai Palata adından 2 aprel mitinqi ilə bağlı yayılması nəzərdə tutulan bəyanatın ilkin forması haqqında kimsə Arif bəyə yanlış məlumat verib. Belə bir layihə, bəyanat, ümumiyyətlə mövcud deyil ki, orda Arif bəyin adı olmasın. Yazılan bəyanatın tam hazır variantında Arif Hacılının adı var”.
Bunu Müsavat başqanının müavini Gülağa Aslanlı Lent.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetində yayılan məlumatda deyilirdi ki, 2 aprel mitinqi ilə bağlı həbs edilərək, haqqında cinayət işi qaldırılan Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı həbsxanadan vəkili vasitəsilə göndərdiyi ismarıcda bildirib ki, onun adını bəyanata salmayanlar yadda saxlasınlar ki, azadlığa çıxacaq və mübarizəni davam etdirəcək.
G. Aslanlı qeyd edib ki, burada yanlış anlaşılma var. Çünki kimsə (!) İctimai Palata adından hazırlanan bəyanatın yarımçıq, hələ ilkin forması haqqında Arif Hacılıya yanlış məlumat verib.
Arif Hacılının qardaşı, Müsavat Partiyasının üzvü Mustafa Hacılı isə bildirib ki, sözügedən bəyanatın varlığı və ya nədən ibarət olduğu haqqında heç bir bilgisi yoxdur: “Onu dəqiq bilirəm ki, Müsavat Partiyası son zamanlarda bu məzmunda heç bir bəyanat qəbul etməyib”.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07