Milli Məclis 20 qanun qəbul etdi
Lent.az-ın məlumatına görə, Milli Məclis “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında” sazişləri təsdiq edib.
Eyni zamanda, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, Milli Məclisin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunun layihəsində dəyişikliklər də təsdiq olunub.
Sessiyada, həmçinin, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də, Mülki Prosessual Məcəllədə, “İcra məmurları haqqında” qanunda, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Banklar haqqında”, “İpoteka haqqında”, “İnzibati icraat haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edib. Dəyişikliklərə əsasən adıçəkilən qanunlarda “məhkəmə nəzarətçisi” və “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəzlənib.
Anar Gəraylı

766