Daxili İşlər Nazirliyindən Mətbuat Şurasına məktub gəlib
16 may 2011 17:15 (UTC +04:00)

Daxili İşlər Nazirliyindən Mətbuat Şurasına məktub gəlib

Mətbuat Şurasının “Azadlıq” qəzetinin müxbiri Ramin Cəbrayılzadə (Ramin Deko) ilə bağlı Daxili İşlər Nazirliyinə aprelin 4-də ünvanladığı müraciəti qurumun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cavablandırılıb. Lent.az-ın məlumatına görə, idarənin rəisi Mirqafar Seyidovun imzası ilə Mətbuat Şurasına daxil olan məktubda bildirilir ki, R.Dekoya fiziki təzyiqlə əlaqədar müvafiq araşdırmalar aparılıb və BMCMİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi başlanılıb.

Məktubda həmçinin aparılan istintaqın nəticəsi barədə şikayətçiyə əlavə məlumatın veriləcəyi də vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar