Müsavat “Eurovision”dakı qələbəyə görə təşəkkür etdi
Öncə Azərbaycan təmsilçiləri – Eldar Qasımov və Nigar Camalın “Evrovizion” mahnı müsabiqəsində qələbə çalması ölkəmizin böyük uğuru kimi qiymətləndirilib və bu münasibətlə hər iki gənc, eləcə də onların yarışmada uğuruna yardımçı olan bütün insanlara təşəkkür elan edilib. Qeyd olunub ki, gələn il bu tədbirin Azərbaycanda keçirilməsi həm böyük fəxr, həm də məsuliyyətdir. Ona görə də toplantı iştirakçıları ümid etdiklərini bildiriblər ki, gələn ilki müsabiqə real olaraq azad və demokratik islahatların başladığı Azərbaycanda keçiriləcək.
Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Müsavat Partiyasının Masallı, Salyan və Nizami rayon təşkilatlarında keçirilən konfransları barədə məlumatlar dinlənilib və yüksək qiymətləndirilib.
Sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. İctimai Palatanın Sumqayıt şəhərində keçirilən toplantısı barədə məlumat dinlənilib. Qeyd edilib ki, mayın 15-də İctimai Palatanın Sumqayıt şöbəsinin təsis toplantısına polis və şəhərin digər inzibati strukturları qeyri-qanuni olaraq müdaxilə ediblər. Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas, onun müavini Vidadi Feyzi, AXCP şəhər təşkilatının sədri Mahir Qulubəyli, KXCP şəhər təşkilatının sədri Şakir Məmmədov polis şöbəsinə aparılaraq axşama kimi orada qeyri-qanuni saxlanılıblar. Bundan əlavə Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının qərargahı möhürlənib.
Daha sonra mayın 14-də Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Əhliman Abbasovun, “Demokrat” qəzetinin əməkdaşı Tural Hacıbəylinin və Ayxan Hacıbəylinin Binəqədi rayonu ərazisindəki parkda həbs olunmaları barədə məsələ müzakirə edilib. Divan hər iki hadisəni pisləyib. Partiyanın Sumqayıt şəhər təşkilatının qərargahının geri qaytarılmasını tələb edib.
Toplantıda Azərbaycanın bloklara qoşulmayan ölkələr qurumuna üzv olması məsələsi də müzakirə edilib. Qeyd olunub ki, soyuq müharibə dövründən qalan bu qurum əslində öz funksional əhəmiyyətini çoxdan itirib və faktiki olaraq müharibə vəziyyətində olan, ərazisinin önəmli bir hissəsi işğal edilmiş Azərbaycanın bu quruma daxil olmaq niyyəti absurddur.
Sonda cari məsələlərə baxılıb.

440