Dövlət qulluğunda çalışmaq üçün yaş həddi 65-dən artıq da ola bilər
Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu komitəsində “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif olunub.
Dəyişikliklərdə nəzərdə tutulur ki, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq, uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir. Dəyişikliyə görə, inzibati vəzifələrin 1-4-cü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti çalışdığı icra hakimiyyəti orqanının razılığı əsasında 5 ildən artıq müddətə uzadıla bilər. Bu dövlət qulluqçularının sırasına bunlar daxildir:
Birinci təsnifat - 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifələri;
İkinci təsnifat - Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında təmin edən dövlət qulluqçularının vəzifələri, 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;
Üçüncü təsnifat - 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları rəhbərləri müavinlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;
Dördüncü təsnifat - 1-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 4-cü və 5-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri.
Dövlət orqanlarının təsnifatı isə aşağıdakı kimidir:
1-ci kateqoriya dövlət orqanları - Milli Məclis, Hesablama Palatası, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurasının Aparatı, İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın);
2-ci kateqoriya dövlət orqanları - Konstitusiya ilə müəyyən edilən yuxarı dövlət orqanı və Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyəti orqanı - müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi;
3-cü kateqoriya dövlət orqanları - Apellyasiya məhkəmələri, müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;
4-cü kateqoriya dövlət orqanları - Mərkəzi Seçki Komissiyasının Aparatı, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmələr, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi", Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı;
5-ci kateqoriya dövlət orqanları - Müvafiq icra hakimiyyəti orqanları və onlara bərabər tutulan icra hakimiyyəti orqanları, o cümlədən müvafiq icra hakimiyyəti orqanı yanında olan müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Milli Televiziya və Radio Şurasının Aparatı.
Qanuna görə dövlət orqanlarında dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 5 faizindən artıq ola bilməz.
Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir. Dövlət qulluqçusunun dövlət qulluğunda olmanın yaş həddinə çatması onun dövlət qulluğuna xitam verilməsi üçün əsasdır.
Mübariz Aslanov

1683