Hulusi Kılıc “Eurovision” qələbəsi münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
16 may 2011 16:36 (UTC +04:00)

Hulusi Kılıc “Eurovision” qələbəsi münasibəti ilə Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Azərbaycandakı fövqәladә vә sәlahiyyәtli sәfiri Hulusi Kılıç Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” mahnı müsabiqəsində qazanılan qələbə münasibəti ilə təbriklərini çatdırıb.


Türkiyə səfirliyinin mətbuat müşavirliyindən Lent.az-a verilən məlumata görə, təbrikdə qeyd olunur ki, bu müvəffəqiyyət tək Azərbaycana deyil, bütün türk dünyasına böyük qürur və sevinc yaşadıb. Hulusi Kılıç aprelin 5-də verdiyi açıqlamada Azərbaycanın nümayəndələrinin birinci yer qazanmasını Türkiyənin müvəffəqiyyəti olaraq gördüyünü qeyd etdiyini xatırladıb: “Səsvermə nəticələrinin açıqlanmasından sonra qrup üzvlərinin tamaşaçıları Türkiyə və Azərbaycan bayraqları ilə salamlaması “Bir Millət, İki Dövlət” və “sevincimiz ilə kədərimizin ortaq olduğu” ifadələrinin doğruluğunu və önəmini dünya ictimaiyyətinə bir daha göstərib. Bu yarışmanı Azərbaycanın qazanması, ölkənin müstəqillik əldə etdikdən sonra, bir çox sahədə dünyaya inteqrasiyası istiqamətində irəlilədiyi yolda, beynəlxalq aləmdə əldə etdiyi uğurlara bir yenisini əlavə edib”.



Hulusi Kılıc vurğulayıb ki, gələn il Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanı dünya ictimaiyyətinə tanıtmaq baxımından çox önəmli bir vəsilə olacağına inanır: “Millətimizin bu cür qürur hissini tez-tez yaşaması diləyi ilə Azərbaycan xalqını layıq olduğu müvəffəqiyyət münasibətilə təbrik edir və qrup üzvlərinin müvəffəqiyyətlərinin davam etməsini arzu edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar