Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatlarını təbrik edib
16 may 2011 11:00 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatlarını təbrik edib

Diasporla İş üzrə Dövlət Komitəsi Almaniyanın Düsseldorf şəhərinin “Esprit Arena”sında 56-cı “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın qələbə qazanması münasibətilə xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarını təbrik edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təbrik məktubunda bildirilir ki, Azərbaycanı bu nüfuzlu beynəlxalq müsabiqədə təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 25 ölkənin təmsilçisi içərisində birinci yerə layiq görülməsi bütün xalqımızın, o cümlədən xaricdə yaşayan azərbaycanlıların uğurudur.

Məktubda səsvermə prosesində fəal iştirak etdiklərinə və müsabiqədə Azərbaycanın qələbə qazanması üçün göstərdikləri təşəbbüslərə görə soydaşlarımıza təşəkkür ifadə edilib. Qeyd olunur ki, hələ yarışmadan əvvəl diaspor nümayəndələri müxtəlif sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, ictimaiyyət arasında Azərbaycan təmsilçilərini təbliğ etməyə çalışıblar: “Bu nəticə ilk növbədə Azərbaycan dövlətinin mədəniyyətə və incəsənətə verdiyi yüksək önəmin təzahürüdür. Eyni zamanda bu həm də xalqımızın nə qədər böyük potensiala malik olduğunu, ölkəmizdə dünya miqyaslı istedadlı gənclərin yetişdiyini təsdiq edir. Bu qələbə həm də milli birliyimizin, həmrəyliyimizin nəticəsidir. “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın qələbə qazanması bir daha göstərdi ki, biz bir olanda həmrəy olanda, ən yüksək nailiyyətləri qazanmağa qadirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Bizim gücümüz bizim birliyimizdədir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar