YAP Avropa Parlamentinin bəyanatını qərəzli adlandırdı
Yeni Azərbaycan Partiyası (YAP) Avropa Parlamentinin Azərbaycana dair qətnaməsi ilə bağlı bəyanat verib. YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda YAP Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini qərəzli və qeyri-obyektiv hesab edib: “Azərbaycanla Avropa arasında əməkdaşlığın çox böyük potensialına və indiki yüksək səviyyəsinə baxmayaraq, Avropa Parlamentinin 12 may 2011-ci il tarixli sessiyasının plenar iclasında qəbul edilən qətnamədə bir sıra həqiqətə uyğun olmayan müddəaların yer alması ölkə ictimaiyyəti tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb. Qətnamədə Azərbaycanda söz və mətbuat azadlığı, həmçinin sərbəst toplaşmaq hüququnun pozulması ilə bağlı fikirlər qətiyyən obyektiv vəziyyəti əks etdirmir. Habelə qətnamədə siyasi məhbus və siyasi baxışlarına görə insanların həbs olunması müddəası da həqiqətə uyğun deyil və obyektiv araşdırma aparılmadan sənədə daxil edilib”.
Bəyanatda qətnamənin ciddi araşdırma aparılmadan hazırlandığı da vurğulanıb: “Qətnamənin qəbul edilməsi qurumun ikili standartlar mövqeyinə və Avropa İttifaqı ilə Azərbaycan arasında geniş əməkdaşlıq imkanlarının ötəri maraqlara qurban vermək istəyindən xəbər verir. Belə bir qərəzli və qeyri-obyektiv qətnamənin qəbul edilməsinin Avropa Parlamentinin prezidentinin Azərbaycana səfəri ərəfəsinə təsadüf etməsi də xüsusilə düşündürücüdür və nə Avropa İttifaqının, nə də Azərbaycanın maraqlarına xidmət edir”.
YAP bəyanatında Avropa Parlamentinin Azərbaycanda real vəziyyətin kobud şəkildə təhrif olunması məqsədi güdən iradlarını qətiyyətlə rədd edir və sözügedən qurumun obyektiv yanaşma əsasında həqiqəti olduğu kimi əks etdirmək üçün səy göstərəcəyinə ümidvar olduğunu bildirir.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07