Petros Eftimiu siyasi partiyaların rəhbərləri ilə görüşüb
APA-nın xəbərinə görə, görüşdə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, VHP sədri Sabir Rüstəmxanlı, BQP sədri Fazil Qəzənfəroğlu, BAXCP sədri Qüdrət Həsənquliyev, AVP sədri Fəzail Ağamalı, ALP sədri Əvəz Temirxan, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı və başqaları iştirak edib.
Görüşdən sonra YAP-ın icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə Qarabağ probleminin nizama salınması ilə bağlı müzakirələr aparılıb: “Biz qeyd etdik ki, Minsk Qrupu ATƏT-in səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir. Lakin təəssüf ki, xeyli vaxt keçməsində baxmayaraq, Minsk Qrupu Azərbaycanın ağrılı problemi ilə bağlı səmərəli fəaliyyət göstərə bilməyib. Azərbaycan cəmiyyətində ATƏT-ə, Minsk Qrupuna kifayət qədər ciddi əsasları olan tənqidi bir fikir var”.
Ə. Əhmədov qeyd edib ki, görüşdə, həmçinin ölkədə ictimai-siyasi vəziyyət, demokratiyanın durumu müzakirə edilib: “Qeyd etdik ki, Azərbaycan demokratikləşmə sahəsində irəliləyib. Lakin müxalifət partiyalarının rəhbərləri ənənəvi tənqidi fikirlərini bildirdilər. Amma mən belə hesab edirəm ki, ATƏT Parlament Assambleyasının prezidenti Azərbaycanla bağlı kifayət qədər informasiyaya malikdir”.
Ə. Əhmədov YAP-ın ATƏT-in Minsk Qrupuna ünvanladığı etiraz məktubunu ATƏT PA-nın prezidentinə təqdim etdiyini açıqlayıb.
Müsavat başqanı İsa Qəmbər isə jurnalistlərə açıqlamasında deyib ki, görüş kifayət qədər açıq söhbət tərzində keçib. İ. Qəmbər Qırğızıstandan Dağlıq Qarabağa 200-dək erməni ailəsinin köçürülməsi barədə məsələni ATƏT PA prezidentinin diqqətinə çatdırdıqlarını deyib: “Petros Eftimiu bununla bağlı standart cavablar verdi. Standart cavablar isə bizi qane eləmir”.

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35