Eldar Namazov və Firudun Cəlilov arxivdə nə axtarır? - REAKSİYA
“Mən köhnə təcrübəmdən bilirəm ki, məmurlar hansısa sahədə ciddi nöqsana yol verəndə - fərqi yoxdur, Dövlət Komitəsinə və ya makaron fabrikinə rəhbərlik edir – onlar təcili olaraq, prezidenti və ya dövlətçiliyi müdafiə etməyə can atırlar”.
Bu sözləri Lent.az-a açıqlamasında “Azərbaycan naminə” İctimai Birliyinin sədri, politoloq Eldar Namazov deyib. O, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun onu və Firudin Cəlilovu Qərbi azərbaycanlıları dövlətə qarşı qaldırmaqda ittiham etməsinə cavab olaraq belə söyləyib.
E. Namazov deyib ki, onların qaldırdığı məsələ tamamilə aydındır: “Biz həmin arxivlərdə olan sənədlərin taleyi ilə maraqlanırıq və istəyirik ki, onlar tədqiqatçılar üçün açılsın”.
O, 1998-ci ilə qədər komitənin arxivinin olmamasının sual doğurduğunu bildirib: “Qaçqın problemi 1988-ci ildən yaranıb. Belə çıxır ki, 10 il heç bir sənəd mühafizə edilməyib? Bu, özü də sual doğurur”.
Məqsədlərinin bütün bu məsələlərə aydınlıq gətirmək olduğunu vurğulayan E.Namazov onu da bəyan edib ki, Əli Həsənovun çağırışından sonra bu işlərlə məşğul olan tədqiqatçılarını komitənin arxivinə göndərmək və oradakı sənədlərlə tanış olmaq fikirləri var.
Firudin Cəlilov isə açıqlamasında bildirib ki, bu məsələ uzandıqca, çözələnib gedir, ona görə də uzatmaq istəmir: “Biz bir söz demişik, Əli Həsənov da cavab verib. Mən bunu daha davam elətdirmək istəmirəm”.
Xatırladaq ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün keçirdiyi mətbuat konfransında Eldar Namazov və Firudin Cəlilovu Qərbi azərbaycanlıları qızışdıraraq, dövlətə qarşı qaldırmaqda ittiham etmişdi. O bildirmişdi ki, hər iki şəxsin rəhbərlik etdiyi komitə ilə dedikləri fikirləri, həmçinin o fikirləri dərc edən mətbuat vasitələrini Milli Təhlükəsizlik Nazirliyinə şikayət edəcək: “Araşdırılsın ki, onların bu məlumatları yaymaqda məqsədləri nədir?”
Anar Gəraylı

488