“Şərq tərəfdaşlığı”na qoşulan ölkələrə 4 milyon avro ayrılıb
Avropa Şurası və Avropa İttifaqı “Şərq tərəfdaşlığı”na daxil olan Azərbaycanda, Ukraynada, Belarusda, Gürcüstanda, Moldovada və Ermənistanda demokratiyanın inkişafı və stabilliyin qorunub saxlanması ilə bağlı layihələrin qarşıdakı 30 ay müddətində həyata keçirilməsi məqsədi ilə ümumilikdə 4 milyon avro ayırıb.
Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində Avropa Şurası islahat proseslərini AŞ və Aİ standartlarına yaxınlaşdırmaq məqsədi ilə altı ölkədə seçkilərin keçirilməsi, məhkəmə sistemində islahatlar aparılması, kibercinayətkarlığa və korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq layihələrini həyata keçirəcək.
Avropa Şurasının əməkdaşlıq və siyasi məsləhətləşmə idarəsinin rəhbəri Klaudiya Lyüçiani AŞ-nın Aİ ilə birgə həyata keçirəcəyi bu işi bütünlükdə ümumi Avropa dəyərlərinin inkişafının, habelə iki nüfuzlu qurum arasında sıx əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07