““Dondurulmuş münaqişələr“ Qafqazda təhlükəsizliyə potensial təhdiddir”
“Cənubi Qafqazda təhlükəsizlik məsələsi NATO üçün çox önəmlidir”.
Bu eksklüziv açıqlamanı APA-nın Vaşinqton bürosuna NATO-nun baş katibi Anders Foq Rasmussen verib.
ABŞ-da səfərdə olan Rasmussen “dondurulmuş münaqişələr”i Qafqazda təhlükəsizliyə potensial təhdid adlandırıb. O bildirib ki, NATO və müttəfiqləri, o cümlədən ABŞ və Rusiya regionda sülh və sabitliyin bərqərar olmasına çalışır: “Təhlükələri dəf etməyin yeganə yolu dövlətlər və təşkilatlar arasında geniş əməkdaşlıqdır. Bizim təkcə Avropada deyil, bütün Avroatlantik məkanında, həmçinin Qafqazda təhlükəsizliyi təmin etmək üçün geniş imkanımız var. ABŞ bu prosesin aparıcı qüvvəsinə çevrilə bilər”.
NATO-nun baş katibi ABŞ-ın bir sıra departamentlərində, o cümlədən Pentaqonda görüşlər keçirib. Con Hopkins Universitetində oxuduğu mühazirədə o, yeni təhlükəsizlik çağırışları və yeni NATO siyasətini Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə mütəxəssislərə izah edib.
Rasmussen Avropanın vacib müdafiə sərmayələri ilə bağlı öhdəliklərinə də toxunub:
“Biz Rusiya ilə əməkdaşlıq etmək istəyirik. Təhlükəsizliklə bağlı narahatlıqlarımızı Rusiya ilə bölüşürük. Dünyada 30-dan çox ölkənin raketdən müdafiə sistemi var və onlar da Rusiyanın ərazisini hədəfə ala bilər. Biz bütün ərazilərin müdafiəsi naminə əməkdaşlıq etməliyik. Birlikdə ərazilərimizi, o cümlədən Rusiya əhalisini də qoruya bilərik. NATO və Rusiya bir-biri ilə düşmənçilik etməməli, əksinə raketdən birgə müdafiə sistemi yaratmalıdır”.
Bəzi regional məsələlərdə, məsələn Gürcüstanla bağlı məsələdə narazılıqlar barədə danışan Rasmussen bildirib ki, NATO Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir: “Biz Rusiyanı bu məsələ ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Biz bu narazılıqları müzakirə etməkdən qaçmamalıyıq. NATO təkcə Gürcüstanla deyil, bütün regionla bağlı dialoq aparır”.
NATO-nun qonşuları ilə münasibətdə açıq qapı siyasəti yürütməsinə toxunan baş katib bildirib ki, bu siyasət digər dövlətlərə və Rusiyaya qarşı çevrilməyib: “Biz fundamental dəyərlərimizi pozmuruq”.

528