Türkiyə parlamentinə Azərbaycan əsilli deputatlığa namizədlərin adları açıqlandı
Bu ilin yayında Türkiyədə keçiriləcək parlament seçkilərində qalib gəlmək şansı yüksək olan Azərbaycan əsilli deputatlığa namizədlərin adı açıqlanıb.
Lent.az-ın verdiyi məlumata görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bu gün keçirdiyi mətbuat konfransında deyib ki, şanslı namizədlərdən biri MHP-nin İqdırdan namizədi, partiyanın bu bölgədəki siyahısında biri yerdə olan Sinan Oğandır.
Digər Azərbaycan əsilli şanslı namizəd Ümit Yılmazərdir. Ümit Yılmazər də MHP-nin Qarsdan deputatlığa namizədidir. İqdır və və Qarsda azərbaycanlılar sıx yaşadıqları üçün bu iki Azərbaycan əsilli namizədin deputat seçilmək şansı yüksək dəyərləndirilir. Hər iki şəxs Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına, Azərbaycanın problemlərinə həssas yanaşması ilə tanınır.
Bilal Dündar Azərbaycan əsilli deputatlığa namizədlərin CHP, o cümlədən AKP-də də olduğunu bildirib. Məsələn, CHP Azərbaycan əsilli hüquqşünas Ali Özgürdün namizədliyini irəli sürüb. Bu soydaşımız da Azərbaycana bağlılığı ilə seçilir.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri onu da bildirib ki, hazırda Türkiyədə 3 milyon azərbaycanlı yaşayır. Ancaq o, azərbaycanlıların dağınıq olduğunu qeyd edib: “Yaxşı təşkilatlanmamışıq. Bununla belə, dünənlə müqayisədə təşkilatlanma, diaspora quruculuğu sahəsində ciddi işlər görülüb. Biz gec başlasaq da, sürətlə getməliyik. Bunu bacaracağımıza da inanıram. Bu səbəbdən də bu dəfə parlament seçkilərinə planlı hazırlaşa bilməsək də, növbəti parlament seçkilərində daha planlı hərəkət edəcəyimizə əminəm”.
Ramiz

475