“Aİ-nin Dağlıq Qarabağda ofisi açıla bilməz”
12 may 2011 14:36 (UTC +04:00)

“Aİ-nin Dağlıq Qarabağda ofisi açıla bilməz”

0
“Avropa İttifaqı beynəlxalq birlik tərəfindən qəbul olunmuş ölkə və təşkilatlarla əlaqələr qurur və əməkdaşlıq edir. Buna görə də Avropa İttifaqı Dağlıq Qarabağla əlaqələr qurmaq niyyətində deyil”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia söyləyib. O, təmsil etdiyi qurumun Azərbaycan və Ermənistanla əməkdaşlıq etdiyini deyib: “Bəzi kütləvi informasiya vasitələrində Avropa İttifaqının guya Dağlıq Qarabağda ofis açmağa hazırlaşması barədə gedən məlumatlar şayiədən başqa bir şey deyil. Belə bir ofis açıla bilməz, Avropa İttifaqı buna icazə verməz”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 533

Oxşar yazılar