İranda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd edilib
12 may 2011 13:25 (UTC +04:00)

İranda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd edilib

Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində geniş tədbir keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə ARDNŞ-in İrandakı nümayəndəliyinin təşəbbüsü ilə çap olunmuş “Azərbaycan-İran: Dostluq, Qardaşlıq və Həmkarlığın yeni mərhələsi” adlı kitab təqdim olunub.

Tədbirdə yerli ictimaiyyət nümayəndələri, ziyalılar, rəsmi şəxslər, Tehranda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, Rusiya, Qırğızıstan, Çexiya, Ukrayna, Belorus, Qazaxıstan və bir çox ölkələrin səfirləri və diplomatlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Heydər Əliyevin keçdiyi həyat yolundan, müstəqilliyini ikinci dəfə qazanmış Azərbaycanın möhkəmlənməsi, inkişafı, beynəlxalq aləmdə layiqli yerini tutması üçün göstərdiyi danışıb. Heydər Əliyevin Azərbaycan-İran əməkdaşlığının möhkəm təməlinin yaradılması, islam inqilabının rəhbəri və İran prezidentləri ilə səmimi dost münasibətlərin qurulması sahəsindəki xidmətlərinə toxunan səfir hazırda hər iki ölkənin bu siyasətin bəhrəsindən yararlandığını dilə gətirib. O bildirib ki, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan bu siyasət prezidentlər İlham Əliyev və Mahmud Əhmədinejad tərəfindən uğurla davam etdirilir, təqdimatı keçirilən kitab da məhz bunun nəticəsində ərsəyə gəlib.

Yerli ziyalılar adından çıxış edən xalq şairi Haşem Tərlan Heydər Əliyevin xatirəsini həmişə yad etdiklərini qeyd edib, ziyalılara, incəsənət xadimlərinə, elm adamlarına, şair və yazıçılara göstərdiyi diqqət və qayğıdan danışıb və ona həsr etdiyi “Dahilər də dünyadan köçür” adlı şerini oxuyub.

ARDNŞ-in İrandakı nümayəndəliyinin başçısı Oqtay Sadıqzadə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və İran arasında dostluq, qardaşlıq və əməkdaşlıq hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və “Azərbaycan-İran: Dostluq, Qardaşlıq və Həmkarlığın yeni mərhələsi” kitabının da məhz bu münasibətlə nəşr olunub.

Tədbirdə iştirak edən aşıq Səlcuq Şahbazinin rəhbərlik etdiyi “Dədə Qorqud” aşıqlar ansamblı geniş konsert proqramı ilə iştirak edib. Heydər Əliyevə həsr olunmuş dastandan mahnılar ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar