Naxçıvan Ali Məhkəməsinin hakimlərini Azərbaycan Prezidenti təyin etməyəcək
Lent.az-ın məlumatına görə, bu, Milli Məclisdə təsdiq olunan Naxçıvan MR Konstitusiyasına dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklərdə göstərilir ki, Naxçıvan MR Ali Məhkəməsinin hakimlərini muxtar respublikanın Ali Məclisinin sədrinin Azərbaycan Prezidentinə verilmiş təklifi və Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. Bundan əvvəlki variantda isə belə idi ki, Muxtar Respublikanın Ali Məhkəməsinin hakimlərini Naxçıvan MR-nın Ali Məclisinin sədrinin təklifi ilə Azərbaycan Prezidenti təyin etməli idi.
Naxçıvan Konstitusiyasına olan digər dəyişikliyə görə isə muxtar respublikada İqtisad Məhkəməsi ləğv olunub. Dəyişikliklərdə göstərilir ki, bundan sonra Naxçıvan MR-da məhkəmə hakimiyyətini muxtar respublikanın Ali Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələri həyata keçirəcəklər.
Qeyd edək ki, dəyişikliklər mayın 6-da Milli Məclisin plenar iclasında təsdiq olunub.
Mübariz Aslanov

Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34