Moskvada Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ümumrusiya Azərbaycanlıları Konqresi və Rusiyanın Azərbaycan Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan diasporunun, Moskva şəhərinin ictimai təşkilatlarının, qazax, qırğız, tacik, özbək və digər xalqların diaspor təşkilatlarının 600-dən artıq nümayəndəsi iştirak edib.
Tədbirə “Vahid Rusiya” partiyasının, Rusiyanın xarici işlər nazirliyinin nümayəndələri, Böyük Vətən müharibəsi veteranları da qatılıblar. Gecəni giriş sözü ilə Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti, akademik Məmməd Əliyev açıb. Tədbirdə çıxış edənlər Azərbaycan prezidenti İlham Əliyevin Heydər Əliyevin kursunun davamçısı olduğunu qeyd ediblər. Etno-mədəni təhsil komponentinə malik 157 saylı məktəbin şagirdlərinin ifasından ibarət konsertdən sonra A.Konçalovskinin “Heydər Əliyev: hakimiyyət yükü” filmi nümayiş etdirilib.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07