Müsavat Divanının iclası keçirilib
Partiyanın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, iclasda görülmüş işlər haqqında məlumat verilərkən, İctimai Palatanın tərkibində Şuşanın işğalı günü Şəhidlər Xiyabanının ziyarət edilməsinə toxunulub.
Partiyadaxili məsələlərin müzakirəsi zamanı Avstriyada mühacirətdə olan 6 nəfərin Müsavata üzv olmaq haqqında ərizələrinə baxılıb və müsbət qərar verilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə İctimai Palatanın bütün istiqamətlərdə fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. İctimai Palatanın strukturlaşmasının, xüsusən də regional qurumların təşkil olunması, proqram sənədlərinin hazırlanması və kütləvi aksiyaların təşkilində Müsavat Partiyasının görəcəyi konkret işlər müəyyənləşdirilib. Eyni zamanda növbəti kütləvi aksiyanın tarixi və təşkili ilə bağlı konkret təkliflər verilib.
Divanda, həmçinin, Gül bayramı və hakimiyyətin siyasətinə dair, ərəb ölkələrində, xüsusən də Liviya və Suriyada baş verən proseslər haqqında müzakirələr aparılıb. Divan beynəlxalq birliyi baş verənlərə adekvat münasibət göstərməyə çağırıb.
Sonda cari məsələlərə baxılıb.
Divanın toplantısından sonra Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.

Oxşar yazılar

İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16