AŞ Nazirlər Komitəsinə sədrlik Ukraynaya keçdi
Bu gün İstanbulda Avropa Şurasına üzv olan 47 ölkənin xarici işlər nazirləri və Avropa məsələləri üzrə dövlət katibləri səviyyəsində Avropa Şurası Nazirlər Komitəsinin toplantısı keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun rəhbərliyi ilə keçirilən toplantıda quruma sədrlik Türkiyədən Ukraynaya keçib.
Ə. Davudoğlu ölkəsinin AŞ NK-da 6 aylıq sədrliyi dövründə gördüyü işlər barədə hesabatla çıxış edib. Sonra sədrliyi qəbul edən Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko qurumda sədrlik edəcəyi dönəm üçün ölkəsinin əsas prioritetlərini açıqlayıb.
Toplantıda iki əsas məsələ müzakirə edilib: Avropa Şurasının Avropada və dünyada qadınlara, ailə içi zorakılığa qarşı Konvensiyası və qurumun “Görkəmli şəxsiyyətlər” qrupunun “XXI əsrdə birgə yaşamaq” adlı hesabatı.
Qadınlara və ailə içi zorakılığa qarşı Konvensiya iclasın əvvəlində üzv dövlətlərin imzasına açıq elan olunub. Qadınlara qarşı fiziki və cinsi zorakılıq, zorlama, zorla evləndirmə, qadın sünnəti və namus məsələlərindən irəli gələn cinayətlər kimi mövzularla əlaqədar müddəaları özündə ehtiva edən bu sənədin icrasına nəzarət etmək üçün yoxlama mexanizmi də nəzərdə tutulur. Yaradılacaq monitorinq mexanizmi daxilində sənədə qoşulan dövlətlərə nizamlı yoxlama səfərləri təşkil edilərək qadına qarşı və ailə içi zorakılıqla bağlı sənədin müddəalarından irəli gələn öhdəliklərin icrası haqqında hesabatlar hazırlanacaq. Konvensiyaya qoşulmuş dövlətlər Avropa Şurasının digər nəzarət orqanlarında olduğu kimi, bu hesabatlarda da əks olunan tövsiyələri yerinə yetirmək barədə öhdəlik götürmüş olacaq.
İstanbuldakı iclasda AŞ-nin “Görkəmli şəxsiyyətlər” qrupunun “XXI əsrdə birgə yaşamaq” adlı hesabatı da təqdim olunub. Birgə yaşamaq və XXI əsr Avropasında fərqlilikləri və azadlıqları uzlaşdırmaq mövzusunda hesabatını təqdim edən qrupun İspaniyadan olan üzvü Havyer Solana Avropada diskriminasiya, qeyri-tolerantlıq və irqçiliyi yaradan problemlərdən danışıb. Bu hesabat Avropada açıq cəmiyyətlərdə birgə yaşamaq üçün ortaya çıxan təhlükələri analiz edir və onlara verilə biləcək mümkün cavabları təklif edir.
On nəfərdən ibarət olunan AŞ-nin “Görkəmli şəxsiyyətlər” qrupuna Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer rəhbərlik edir.
Xatırladaq ki, AŞ NK-ya sədrlik 6 aydan bir dəyişir, sədrlik quruma üzv ölkələrə əlifba sırası ilə keçir. Nazirlər Komitəsinin növbəti sessiyası 2011-ci ilin noyabr ayında Strasburqda keçiriləcək. Quruma sədrlik Ukraynadan Birləşmiş Krallığa ötürüləcək.

466