Macarıstanda “Azərbaycan Günü” keçirilib - FOTO
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar ölkənin mühüm sənaye mərkəzi sayılan Dyör şəhərində “Azərbaycan Günü” keçirib.
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu münasibətlə şəhər Mərkəzi kitabxanasında “Azərbaycan-Odlar Yurdu” adlı sərgi təşkil edilib.
Sərgidə müasir Azərbaycan rəssamlarının əsərləri, ölkəmizin tarixi keçmişini və hazırkı inkişaf yolunu, eləcə də Heydər Əliyevin çoxcəhətli həyat və fəaliyyətini əks etdirən foto-şəkillər, kitab və bukletlər nümayiş etdirilib. İki həftə müddətində Dyör şəhər sakinlərinin ixtiyarına verilən sərgini Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev və şəhər merinin müavini Balaş Pobert Şimon açıb. Vilayət Quliyev Heydər Əliyevin Azərbaycanın yeni və ən yeni tarixindəki rolu, ölkənin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, uğurlu neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi, Azərbaycanın Avropa dəyərlərinə və demokratik dünyaya sıx inteqrasiyası sahəsindəki xidmətləri haqqında danışıb.
İştirakçılar üçün təşkil olunan qəbul zamanı Azərbaycan haqqında qısametrajlı sənədli filmlər nümayiş etdirilib. “Azərbaycan Günü” Dyör şəhər meriyasında və Dyör-Mason-Sopron bölgəsinin Ticarət-Sənaye Palatasında keçirilən tədbirlərlə davam etdirilib. Yerli televiziya və mətbuat tədbiri geniş işıqlandırıb.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07