İndoneziyanın səfiri azərbaycanşünaslıqla məşğul olacaq - FOTO
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İvan Viranataatmacanı səlahiyyət müddətinin başa çatması münasibətilə qəbul edib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkələrimiz arasında əlaqələrin çox vacib və əhəmiyyətli olduğunu bildirən S.Seyidov mədəniyyət, elm və bu kimi digər humanitar sahələrdə əməkdaşlığın bir çox əlaqələrin inkişafına təkan verdiyini deyib.
İvan Viranataatmaca öz növbəsində, Azərbaycan Dillər Universiteti ilə əlaqələrin davamlı olacağına ümid etdiyini bildirib. O, azərbaycanlı tələbələrin İndoneziyada müxtəlif proqramlar üzrə təhsil aldıqlarını deyib və səfirliyin bu istiqamətdə universitetlə fəal şəkildə işlədiyini və ADU-dakı İndoneziya mərkəzinin fəaliyyətindən razı qaldığını qeyd edib.
S.Seyidov səfirə ADU-da İndoneziya mərkəzinin açılmasında göstərdiyi səylərə görə təşəkkür edib. O, səfirə öz gələcək fəaliyyətində uğurlar arzulayıb və onu ADU-da professor kimi fəaliyyət göstərməyə dəvət edib. Səfir İvan Viranataatmaca isə bu təklifi böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07