Sevda Məmmədəliyeva Strasburqdan qayıdıb
İclaslarda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, iclasda Avropa Şurasının Mədəniyyət, Təhsil, İdman və Gənclər üzrə Baş direktoru Gabriella Battaini Draqoni Avropa Şurası strukturunda və fəaliyyətində 2010-2012-ci illər islahatlar paketi barədə iştirakçılara məlumat verib. İslahatlara Avropa Şurasının yeni büdcə və strukturunun formalaşdırılması, beynəlxalq əməkdaşlığı və xarici tərəfdaşlarla münasibətləri, idarəetmə mexanizmində yeniliklər, təşkilatın işçi statusu və əməkdaşlara dair yeni siyasəti, Avropa İnsan Hüquqları Məhkəməsinin işində iştirak, strateji prioritetlərin müəyyənləşdirilməsi, konvensiyaların və qərarların icrasına nəzarət və s. bu kimi elementlər daxildir.
İclasda Avropa Şurasında aparılan ümumi islahatlar və Mədəniyyət sahəsində təşkilatın strukturunda aparılacaq islahatlara dair AŞ Baş katibinin təklifləri, müvafiq konvensiyaların icrası və yeni monitorinq mexanizmləri, mədəni hüquqların qorunması və Avropa İnsan Hüquqları Məhkəməsi ilə əməkdaşlıq, mədəniyyətlərarası şəhərlər, mədəni marşrutlar, Kiyev təşəbbüsü regional proqramı, tarixi şəhərlərdə mədəni irsin bərpası layihəsi, Sənətçilər dialoq naminə layihəsi, 2012-ci ildə Rusiyada Avropa mədəniyyət nazirlərinin konfransının təşkili və Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, yeni Mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq üzrə Rəhbər Komitənin təsis edilməsi müzakirə edilib, bir sıra yeni layihələrin təqdimatları olub.
İclaslarda həmçinin, Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu geniş müzakirə olunub. Avropa Şurası rəhbərliyi tərəfindən yüksək qiymətləndirilən forum və onun nəticələri gələcəkdə təşkilatın fəaliyyətinə müsbət təsir edəcəyi, yeni yaradılacaq Mədəni müxtəliflik və Mədəniyyətlərarası dialoq üzrə Rəhbər Komitənin işi ilə tam uyğun olduğu iştirakçılar tərəfindən qeyd edilib.
Sevda Məmmədəliyeva isə Bakı Forumu və onun nəticələri barədə məlumat verib, hər iki ildə bir dəfə keçiriləcəyini, 2013-cü ildə növbəti Forumun təşkilinə hazırlığın başlanıldığını iştirakçıların diqqətinə çatdırıb.
Xəyalə

657