ATƏT rəsmisi: “Heç kim jurnalistlərə nəyi, necə yazmağı öyrətməməlidir”
Lent.az-ın məlumatına görə, bu fikirləri ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç söyləyib.
O qeyd edib ki, jurnalistlər də digər peşə sahibləri kimi öz peşələrinə görə məsuliyyət daşımalıdır: “Bəli, sözsüz ki, onlar peşəkar olmalıdırlar. Amma jurnalistləri peşə fəaliyyətinə görə həbs etmək olmaz. Rəsmi şəxslər də jurnalistlərə qarşı tolerant münasibət bəsləməlidir. Hər bir ölkə unikaldır və bu kimi problemlərin həlli üçün zaman tələb olunur”.
ATƏT nümayəndəsi Eynulla Fətullayevin həbsi məsələsinə də toxunaraq bildirib ki, jurnalistlərin həbsə atılması təcrübəsinə mümkün qədər tez son qoymaq lazımdır: “Biz bilirik ki, jurnalistləri diffamasiya ilə bağlı həbs etməsələr də, başqa yollarla həbs edirlər”.
Myatoviç deyib ki, siyasətçilər jurnalistlərin məsuliyyətindən danışdıqda, onlar özləri media nümayəndələrini senzura edən tərəfə çevirirlər: “Heç kim, xüsusən də siyasətçilər jurnalistlərə nəyi, necə yazmağı öyrətməməlidir. Mənim rəhbərlik etdiyim ofis jurnalistika məktəbi deyil. Biz sadəcə onlara peşəkarlıqlarını inkişaf etdirmək yolunda yardım etməliyik”.
O bəyan edib ki, ifadə azadlığı ilə bağlı problemlər oturuşmuş demokratiyalarda da var, ancaq istənilən halda, jurnalistlər fikirlərini deməkdən çəkinməməlidirlər.
D.Myatoviç sonda onu da əlavə edib ki, Azərbaycan hakimiyyətinin diffamasiyanın dekriminallaşdırılması yönündəki fəaliyyətini dəstəkləyirlər və bu istiqamətdə Azərbaycan hökumətinə istənilən yardımı etməyə hazırdırlar.
Anar GƏRAYLI

500