Əli Həsənov: “Beynəlxalq təşkilatlar ayrı-ayrı mərkəzlərin sifarişlərini yerinə yetirməyə başlayıb”
“Mən beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı mülahizələrinə sözün həqiqi mənasında, sadəcə olaraq, təəccüblənirəm. Ona görə yox ki, onlar Azərbaycanla bağlı bu cür subyektiv fikirlər səsləndirirlər. Ona görə ki, bu təşkilatlar getdikcə öz müstəqilliklərini itirərək, ayrı-ayrı mərkəzlərin sifarişlərini yerinə yetirməyə başlayırlar”.
Lent.az-ın xəbərinə görə, bu sözləri Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O, ATƏT-in Bakı ofisi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə diffamasiya qanununun müzakirə edildiyi konfransda jurnalistlərə açıqlama verib.
Ə.Həsənov bildirib ki, Azərbaycan kimi media azadlığını əngəlləyən heç bir qanunun və ya hərəkətin olmadığı ölkədə media azadlığının olmadığını söyləmək, sadəcə, fiksiyadır. O qeyd edib ki, Azərbaycanda jurnalistik fəaliyyətinə görə həbsdə olan heç bir jurnalist yoxdur: “Əvvəllər belə hallar olsa da, həmin adamlar da əfv olunub. Bu gün istənilən jurnalist istənilən məmuru tənqid edə bilir. Belə bir vəziyyətin olduğu yerdə Azərbaycanda media azadlığının olmadığını demək, düşünürük ki, subyektivlikdən irəli gəlir və bunu səsləndirən beynəlxalq təşkilatların açıqlamaları da sözün həqiqi mənasında bizi məyus etdi”.
Anar GƏRAYLI

447