Bakıda diffamasiya ilə bağlı konfrans keçirilir
Lent.az-ın məlumatına görə, konfransda hökumət, parlament, vətəndaş cəmiyyəti və KİV nümayəndələri ifadə və media azadlığının qorunmasında diffamasiyanın dekriminallaşdırılmasının vacibliyini müzakirə edilir.
Konfransda iştirak edən ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bildirib ki, Azərbaycan hakimiyyətinin diffamasiyanı dekriminallaşdırmaq və bu addımı atmış ATƏT-ə üzv dövlətlər sırasına qoşulmaq təşəbbüsünü yüksək qiymətləndirir.
ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel isə ifadə və media azadlığının ATƏT-in təməl prinsiplərinin özəyini təşkil etdiyini və diffamasiyanın dekriminallaşdırılmasının hər zaman ATƏT-in Bakı ofisinin əsas prioritetlərindən olduğunu qeyd edib. O deyib ki, Azərbaycan Mətbuat Şurasının müvafiq qanunvericilik təşəbbüsünə dəstək verməkdən məmnundurlar.
Konfransda yerli və beynəlxalq mütəxəssislərin çıxışları davam edir.
Qeyd edək ki, ötənlərdə Mətbuat Şurası ATƏT-in Bakı Ofisi ilə birgə diffamasiya qanunu layihəsi hazırlamış və bunu ictimai müzakirəyə təqdim etmişdi.
Anar GƏRAYLI

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07