Heydər Əliyev mükafatının və “Qızıl çinar” beynəlxalq mükafatının təqdimatı keçirilib
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Tədbirdə dövlət və hökumət nümayəndələri, xarici ölkələrdən dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbir ümummilli lider Heydər Əliyevlə bağlı fotoxronikanın nümayişi ilə başlayıb.
Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva çıxış edərək, müstəqil Azərbaycanın mövcud olduğu 20 il ərzində ölkəmizin böyük uğurlar qazandığını bildirib. Bu gün Azərbaycanın güclü bir dövlət olduğunu vurğulayan Mehriban Əliyeva deyib ki, müasir tarixin hər səhifəsində dahi şəxsiyyət Heydər Əliyevin silinməz izləri görünür.
M. Əliyeva Azərbaycanın keçdiyi yoldan, müstəqilliyin ilk illərindəki sınaqlardan, həmin məqamlarda Heydər Əliyevin xidmətlərindən danışıb, onun Azərbaycanı böyük bəlalardan xilas etdiyini, xalqa güvənərək yeni, müasir tariximizin şanlı səhifələrini yazmağa başladığını bildirib.
M. Əliyeva Heydər Əliyev Fondunun 7 illik fəaliyyətindən danışıb, fondun ötən il də bir sıra irimiqyaslı layihələr həyata keçirdiyini bildirib: “Ötən 7 ildə Fondun ən böyük uğuru Azərbaycan xalqının inamını və hörmətini qazanmasıdır”.
Sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək, ulu öndər Heydər Əliyevin ölməz xatirəsinə Azərbaycan xalqının dərin hörmət və ehtiramını ifadə edib. Dövlət başçısı deyib ki, ümummilli lider bütün dövrlərdə doğma xalqına, Vətəninə sədaqətlə xidmət edib: “Onun xidmətləri sayəsində Azərbaycan Sovet İttifaqında inkişaf baxımından ən qabaqcıl yerlərə çıxdı, ölkəmizin həyatının bir çox sahələrində sürətli inkişaf müşahidə olundu və beləliklə, ötən əsrin 70-ci illəri tariximizdə tərəqqi dövrü kimi qaldı. O, Sovet İttifaqının ali rəhbərliyində təmsil olunanda da Azərbaycanın inkişafı yolunda mühüm addımlar atdı, onun vəzifədən kənarlaşdırılmasından sonra isə ölkəmiz müxtəlif problemlərlə üzləşdi, Dağlıq Qarabağda separatizm meyilləri gücləndi. Lakin Heydər Əliyevin Azərbaycana verdiyi töhfələr xalqın ürəyində yaşayırdı”,- deyən Prezident İlham Əliyev bildirib ki, ulu öndər bütün dövrlərdə şərəflə yaşayıb, bütün sınaqlardan üzüağ çıxıb.
Ümummilli liderin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışını zamanın və xalqın tələbi olduğunu bildirən dövlət başçısı qeyd edib ki, əgər o vaxt Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi. 1993-2003-cü illərin Azərbaycanda sabitlik və inkişaf illəri kimi tarixdə qaldığını deyən Prezident İlham Əliyev bildirib ki, dövlətçiliyimizin, müstəqilliyimizin əsasları məhz 1993-cü ildə qoyulub, o vaxtdan bu günə qədər Azərbaycan yalnız inkişaf yolu ilə gedir.
Müstəqilliyin ən böyük sərvət olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətin ən gözəl nümunəsidir: “ Biz bu yolla gedəcəyik. Heydər Əliyevin siyasəti Azərbaycanda yaşayacaq. Biz bu yoldan dönməyəcəyik, Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq”.
Daha sonra Heydər Əliyev mükafatının təqdimatı olub. Heydər Əliyev Mükafatı Komissiyasının qərarı və Prezident İlham Əliyevin 2011-ci il 10 may tarixli sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə yazıçı Anar Rəsul oğlu Rzayev Heydər Əliyev Mükafatı ilə təltif olunub.
Dövlətimizin başçısı mükafatı Anar Rzayevə təqdim edib.
Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının 2011-ci il qalibləri elan olunub.
İlk nominasiyada qalib ümumbəşəri dəyərlərin qorunub saxlanılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, ölkəmizin YUNESKO ilə əlaqələrinin inkişafına, mədəniyyətlərarası mübadilədə Azərbaycanın uğurlu təqdimatına verdiyi töhfələrə görə YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura elan olunub.
Növbəti nominasiyanın qalibi isə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri elan edilib.
Hər iki qalibə Heydər Əliyev Fondunun beynəlxalq mükafatını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib.
Mükafatlandırma mərasimindən sonra Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub. Konsertdə dünya şöhrətli “İl-divo” qrupunun və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, istedadlı tenor Samir Cəfərovun ifaları da maraqla qarşılanıb.
Azərtac

966